Bayramov sloveniyalı həmkarı ilə müxtəlif sahələrdə əməkdaşlıq potensialını müzakirə etdi
Xarici siyasət
05.12.2024 22:40
Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində
Sloveniyanın xarici işlər və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.
Bu barədə TodayPress-ə Azərbaycan Xarici İşlər
Nazirliyindən bildirilib.
Görüş zamanı, Azərbaycan və Sloveniya arasında ikitərəfli
və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq
gündəmdə duran məsələlər müzakirə edilib.
C.Bayramov Azərbaycanın Sloveniya ilə dostluq, qarşılıqlı
hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin
inkişafına önəm verdiyini qeyd edib. Qarşılıqlı səfərlər və daimi siyasi
dialoqun əlaqələrimizin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi
vurğulanıb.
İqtisadiyyat, ticarət, energetika, xüsusilə də “yaşıl
enerji” sahələri üzrə əməkdaşlığın inkişafı istiqamətində mühüm imkanların
mövcudluğu diqqətə çatdırılıb.
Qarşı tərəf, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev
sahibliyi, sədrliyi, sessiyanın yekunları barədə ətraflı məlumatlandırılıb,
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində beynəlxalq səylərə
bundan sonra da töhfə verməkdə davam edəcəyi qeyd olunub, bu istiqamətdə
əməkdaşlığa hazır olduğumuz bildirilib.
tag: XİN, Ceyhun Bayramov, Azərbaycan,ATƏT, Sloveniya, todaypress.az,