Baş prokuror: ”BPA-da dünyanı narahat edən tendensiyalar müzakirə olundu”
Xarici siyasət
01.10.2024 09:07
“Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı – Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İllik Konfransı və Ümumi Yığıncağı çox mühüm hadisədir”.
TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, bu toplantı ölkədə hüquq elminin inkişafına töhfə verəcək. Hazırda dünyada narahatedici tendensiyalar mövcuddur. Toplantıda bu məsələlər müzakirə olundu. Həmçinin bəzi sənədlərin imzalanması ilə bağlı razılıq əldə olundu.
Töhfə Səməd
tag: Baş prokuror,Görüş,Tendensiya,Beynəlxalq,todaypress.az,