Baş prokuror Azərbaycanın İrandakı səfirliyinə edilən hücum haqqında danışdı

Xarici siyasət

01.10.2024 09:16

“Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar prosesi hazıra davam etdirilir”.     


TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.   


Onun sözlərinə görə, bu, prosessual məsələdir və hazırda qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir.     


Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.   


Töhfə Səməd

tag: Baş prokuror,Kamran Əliyev,İran,Səfirlik,todaypress.az,