Baş nazir Əli Əsədov Minskə işgüzar səfərə gedib
Xarici siyasət
03.06.2024 16:38
İyunun
3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının
Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfərə gedib.
TodayPress
xəbər verir ki, “Minsk” milli aeroportunda Əli Əsədovu Belarus Respublikası Baş
nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan
Respublikasının Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası
Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi”
plenar sessiyasında iştirak edəcək.
tag: Baş Nazir, Əli Əsədov, Belarus, Roman Qolovçenko, todaypress.az,