Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə görüşdü
Nyu-Yorkda səfərdə olan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində
Macarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Kontsla görüşüb.
TodayPress-in məlumatına görə,
görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən sosial sahədə
əməkdaşlığın inkişafı vurğulanıb.
Bahar Muradova
Azərbaycanın öz köklərinə bağlı olduğunu, milli kimlik və ailə məsələlərinə
önəm verdiyini bildirib. Komitə sədri Azərbaycanın 5 il əvvəl torpaqlarını
işğaldan azad edərək suverenliyini bərpa etdiyini vurğulayaraq, yeni müstəvidə
başlayan inkişafın məhz milli dəyərlərlə müasirliyin sintezi istiqamətində
aparıldığını əlavə edib. Bahar Muradova Macarıstanın Azərbaycanla birlikdə həm
də Türk Dövlətləri Təşkilatında birgə təmsil olunduğunu deyərək, hər iki
ölkənin ailə dəyərlərinə üstünlük verdiyini əlavə edib.
O bildirib ki,
Azərbaycanla Macarıstan arasında sosial, iqtisadi, siyasi, mədəni sahədə
əlaqələr inkişaf edir və bu, həm də iki ölkə Prezidenti arasında yüksək dostluq
münasibətlərindən irəli gəlir.
Zofiya Konts
cəmiyyətlərin özəyini təşkil edən ailə dəyərlərinin qorunmasının və bütün
platformalarda təbliğ olunmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycanın bu
sahədəki təcrübələrindən yararlana biləcəklərini, bu istiqamətdə birgə
işləyərək layihələr həyata keçirə biləcəklərini vurğulayıb. O təmsil etdiyi
qurumun əsas fəaliyyət istiqamətinin işsizliyin aradan qaldırılması və ailələrə
dəstək xidmətlərinin göstərilməsi olduğunu qeyd edib, digər fəaliyyət sahələri
barədə məlumat verib, dəstək proqramları çərçivəsində reallaşdırılan layihələrdən
danışıb.
Tərəflər ailə
məsələləri sahəsində əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsi, birgə
layihələrin icrasına dair müzakirələr aparıblar.
tag: Bahar Muradova, ABŞ, Zofiya Konts, Azərbaycan,Macarıstan, todaypress.az,