Azərbaycanvə Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirildi
Xarici siyasət
05.10.2024 03:04
4 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası və
Kolumbiya Respublikasının Xarici İşlər Nazirlikləri arasında video-konfrans
formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
TodayPress XİN-ə istinadən xəbər
verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov,
Kolumbiya nümayəndə heyətinə isə Kolumbiya Respublikası Xarici İşlər
Nazirliyinin Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortis rəhbərlik edib.
Konsulluq
məsləhətləşmələri zamanı Kolumbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli
sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda,
danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması,
miqrasiya və daxili işlər sahələrində əlaqələrin inkişaf etdirilməsi, rəsmi
sənədlərin leqallaşdırılması və ya onlara apostilin verilməsinin
rəqəmsallaşdırılması, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin
sadələşdirilməsi barədə müzakirələr aparılıb.
tag: XİN, Azərbaycan, Konsulluq,Kolumbiya, todaypress.az,