Azərbaycanla Vyetnam arasında əməkdaşlıq sənədi təsdiqləndi

Xarici siyasət

17.02.2025 13:06

1547

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib. 

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. 

Fərmanla Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərəcək.

tag: Azərbaycan,Vyetnam,Statistika,Fərman,Todaypress.az,