Azərbaycanla Türkiyə XİN başçıları görüşdülər

Xarici siyasət

12.04.2025 21:33

12

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

 Bu barədə TodayPress-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.

tag: Azərbaycan, XİN, Ceyhun Bayramov, Türkiyə, Hakan Fidan, todaypress.az,