Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında Saziş təsdiqləndi

Xarici siyasət

17.02.2025 13:02

2675

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib. 

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. 

Fərmanla 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.  

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

tag: Prezident,Fərman,Saziş,Türkiyə,Azərbaycan,Todaypress.az,