Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi artdı
Xarici siyasət
10.09.2024 23:29
Özbəkistanın investisiya, sənaye və ticarət
naziri Laziz Kudratov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüş
keçirib. Görüşdə tərəflər iki dövlətin işgüzar dairələri arasında tərəfdaşlıq
əlaqələrinin qurulmasının və regionlararası əməkdaşlığın inkişafının
vacibliyini qeyd ediblər.
TodayPress xəbər verir ki, bu barədə Özbəkistanın
müvafiq nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, tərəflər iki dövlət başçıları arasında
isti, etimad münasibətlərinə əsaslanan ticarət-iqtisadi və investisiya
əlaqələrinin inkişafındakı müsbət dinamikanı alqışlayıblar.
“2023-cü ilin yekunlarına görə, iki ölkə arasındakı
ticarət dövriyyəsi 26,5 % artıb. Özbəkistan ərazisində Azərbaycan kapitalının
iştirakı ilə ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta daşınmaz
əmlak, energetika, xidmət, zərgərlik məmulatlarının istehsalı, qida və yüngül
sənaye sahələrində 230 müəssisə fəaliyyət göstərir” məlumatda qeyd olunub.
Vurğulanıb ki, qarşılıqlı faydalı çoxlu böyük investisiya
layihələri həyata keçirilir.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı şəhər
infrastrukturunun inkişafı, sənaye istehsalı, kimya sənayesi və İT kimi
sahələrdə əldə olunmuş razılaşmaların icrasının sürətləndirilməsi ilə bağlı
tədbirlər də müzakirə edilib.
tag: Azərbaycan, Özbəkistan, Ticarət, Laziz Kudratov,todaypress.az,