Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanacaq

Xarici siyasət

16.04.2025 18:38

21

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. 

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib. 

Qeyd edilib ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

tag: Azərbaycan,Çin,Saziş,Viza,Rejim,Ləğv,Todaypress.az,