Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə etdi
Xarici siyasət
29.09.2024 01:44
Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə Bakının COP29-a
sədrliyini müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə xarici siyasət
idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının
Baş katibi Hissein Brahim Taha ilə görüşərək Azərbaycan-İƏT əməkdaşlıq
gündəliyini müzakirə edib. [Görüşdə] Azərbaycanın İƏT-in fəaliyyətində fəal
iştirakı yüksək qiymətləndirilib, bundan sonra da əməkdaşlığa hazır olduğu
vurğulanıb. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın COP29-a sədrliyi,
iqlimin maliyyələşdirilməsi prioritetləri və bununla bağlı təşəbbüslər barədə
də məlumat verib” mətbuat xidməti
diqqətə çatdırıb.
tag: XİN, Ceyhun Bayramov, Azərbaycan, COP29, todaypress.az,