Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi
Xarici siyasət
10.01.2025 14:41
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.
XİN-in sözçüsü həmçinin vurğulayıb ki, Los-Ancelesdə baş verən yanğında tüstüdən zəhərlənən, evləri yananlar barədə Baş konsulluğumuza məlumat daxil olmayıb. 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.
“Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında
(https://x.com/azconsulatela/status/1876908935355007248?s=46, https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.
Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).
Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır” XİN rəsmisi vurğulayıb.
tag: Kaliforniya,Los Anceles,Baş konsulluq,Evakuasiya ,todaypress.az,