Azərbaycanın AŞPA-dakı fəaliyyəti bərpa olunur? - Ekspert şərhi
Xarici siyasət
03.10.2024 17:45
“Avropa Şurası ilə Azərbaycan arasında konfidensial danışıqlar gedir”.
TodayPress xəbər verir ki, bu fikri siyasi ekspert Məhəmməd Əsədullazadə öz “Facebook” sosial şəbəkəsində yayımlayıb.
Onun sözlərinə görə, AŞPA-da anti-Azərbaycan ritorikalarına baxmayaraq, yeni ildən Azərbaycan nümayəndə heyətinin iştirakını təsdiq edə bilərlər. COP29-dan sonra həm Ermənistanla sülh məsələsində, həm də Qərblə əlaqələrdə yeni müsbət mərhələnin başlanması istisna deyil.
“AŞPA-da Qarabağdan könüllü köçən ermənilərlə bağlı mövqelər bu təşkilatın nüfuzuna zərbə vurur. Ermənistan hökuməti Qarabağdan gedən ermənilərə vətəndaşlıq verir. Amma, bəzi beynəlxalq təşkilatlar bu məsələdə "etnik təmizləmə" axtarışına çıxıb”.
Ekspertin fikrincə, AŞPA-da insan hüquqları, seçki və demokratiya barədə tənqidi mövqenin Qarabağ məsələsindən sonra gündəmə gəlməsi, onların qərəzli mövqe tutduğunu göstərir.
Töhfə Səməd
tag: AŞPA ,Azərbaycan ,Ermənistan ,Qarabağ ,Sülh ,todaypress.az,