Azərbaycan XİN Pakistanda baş verən terror aktını pislədi
Xarici siyasət
26.08.2024 22:13
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN)
Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə
pisləyib.
TodayPress xəbər verir ki, bu barədə XİN-in “X” sosial
şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı
nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün
forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi
başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə
həmrəydir”.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində
yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.
tag: XİN, Pakistan, Azərbaycan, Bəlucistan,todaypress.az,