Azərbaycan XİN Pakistana başsağlığı verdi
Xarici siyasət
21.11.2024 17:05
Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk" deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün Pakistanda sərnişin avtobusuna hücum nəticəsində 28 nəfər ölüb, 30 nəfər yaralanıb.
tag: Azərbaycan, Pakistan, XİN, Kurram, todaypress.az,