Azərbaycan XİN Nepala başsağlığı verdi

Xarici siyasət

30.09.2024 18:17

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nepala başsağlığı verib.

TodayPress xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilir:

"Nepalda yüzlərlə insanın həyatına son qoyan daşqın və torpaq sürüşməsi xəbəri kədərləndirdi. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu çətin günlərdə Nepalla həmrəyik".

tag: Azərbaycan ,Xarici İşlər Nazirliyi,XİN,Nepal,todaypress.az,