Azərbaycan XİN İrana başsağlığı verdi
Xarici siyasət
22.09.2024 15:17
Azərbaycan Xarici İşlər
Nazirliyi (XİN) İranın Cənubi Xorasan əyalətindəki Təbas kömür mədənində
partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.
TodayPress xəbər
verir ki, bu barədə XİN-nin “X”
sosial şəbəkəsində paylaşım edilib.
“Xorasan əyalətindəki
kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak
olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə
sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan
qaldırılmasına ümid edirik” deyə paylaşımda qeyd olunub.
tag: Azərbaycan ,İran,XİN,Cənubi Xorasan,Təbas ,Kömür,Mədən,todaypress.az,