Azərbaycan XİN başçısı qazaxıstanlı həmkarı ilə görüşdü

Xarici siyasət

06.12.2024 10:33

Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər” məlumatda qeyd edilib.

Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

tag: XİN, Azərbaycan, Qazaxstan ,Ceyhun Bayramov, todaypress.az,