Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşdü
Xarici siyasət
26.09.2024 22:52
Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi
çərçivəsində ABŞ Prezident Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda
iştirak edib.
TodayPress xəbər verir ki, bu barədə Ceyhun Bayramov
"X" səhifəsində paylaşım edib.
Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu
sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.
tag: Ceyhun Bayramov, XİN, BMT, Bayden, todaypress.az,