Azərbaycan və Türkiyə parlament sədrlərinin telefon danışığı oldu

Xarici siyasət

23.04.2025 21:40

11

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.

TodayPress xəbər verir ki, telefon danışığı zamanı Milli Məclisin sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.

Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

tag: Azərbaycan, Türkiyə, Milli Məclis, Sahibə QAfarova, Numan Kurtulmuş, Zəlzələ, todaypress.az,