Azərbaycan və Suriya arasında konsulluq əməkdaşlığı müzakirə olundu

Xarici siyasət

06.03.2025 15:20

1278

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu ölkənin Xarici İşlər və Mühacirlər Nazirliyi Konsulluq idarəsinin rəisi Məhəmməd Bərra Şükri ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki dost ölkə arasında konsulluq sahəsində mümkün əməkdaşlıq imkanları dəyərləndirilib. 

tag: Azərbaycan,Suriya,Müvəqqəti İşlər,Vəkil,Todaypress.az,