Azərbaycan və Qvineya-Bisau XİN-ləri siyasi məsləhətləşmələr keçirəcəklər
Xarici siyasət
02.12.2024 14:37
Azərbaycan və Qvineya-Bisaunun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.
TodayPress xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki bu, hər iki bölgə barədə tərəflərin mütəmadi məlumatlandırılması üçün vacib addımdır.
tag: Azərbaycan, XİN, Qvineya-Bisaun, Pinto Pereira, Konfrans, todaypress.az,