Azərbaycan və Qazaxıstan baş konsullarının görüşü baş tutdu

Xarici siyasət

02.02.2025 12:35

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

“Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam” baş konsul qeyd edib.

Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.

tag: Azərbaycan,Los-Anceles,Vüqar Qurbanov,Nazirə Nurbayeva,todaypress.az,