Azərbaycan və Pakistan XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə etdi

Xarici siyasət

19.12.2024 18:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

TodayPress  xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Görüşdə iki qardaş ölkə Azərbaycan və Pakistan arasında tarixi və mədəni əlaqələrin önəmini vurğulayan tərəflər, ikitərəfli əməkdaşlığın inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər" paylaşımda qeyd edilib.

"İki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, o cümlədən ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər sahələrdə daha da inkişafı ilə bağlı fikirlər mübadiləsi apardıq. Regionda təhlükəsizlik vəziyyəti də gündəmin əsas mövzularından biri oldu" Ceyhun Bayramov "X"dəki paylaşımında qeyd edib.

tag: XİN, Ticarət, Müzakirə, İnkişaf, Ceyhun Bayramov,todaypress.az,