Azərbaycan və Pakistan XİN başçıları bir sıra məsələlərdə razılıq əldə etdilər

Xarici siyasət

28.02.2025 18:23

2099

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasıda telefon danışığı olub.

TodayPress xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Bildirilib ki, Pakistan XİN başçısı Baş nazir Şahbaz Şərifin Azərbaycana son səfəri zamanı göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Tərəflər həmin səfər zamanı ticarət və investisiya ilə bağlı qəbul edilən qərarların icrasını sürətləndirmək üçün yaxından işləmək barədə razılığa gəliblər.

tag: Azərbaycan,XİN,Ceyhun Bayramov,Pakistan,Məhəmməd İshaq Dar,todaypress.az,