Azərbaycan və Özbəkistan elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirib

Xarici siyasət

29.01.2025 14:20

Azərbaycan və Özbəkistan arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobili yanvarın 27-də Azərbaycana çatıb.

Qeyd edək ki, AYNA tərəfindən “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması şəffaflığı təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır, həmçinin icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradır.

Mərhələli şəkildə digər ölkələrlə də “e-Permit” elektron icazənin mübadiləsi və verilməsi nəzərdə tutulur.

tag: Azərbaycan ,Özbəkistan,AYNA,İcazə,todaypress.az,