Azərbaycan və NATO nümayəndə heyətləri Qətərdə müzakirələr apardı
Qətərdə keçirilən Hərbi Strateji Tərəfdaşlıq Konfransı çərçivəsində Azərbaycan və NATO nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, danışıqlar çərçivəsində keçmiş əməkdaşlıq, davam edən səylər və gələcək planlar müzakirə edilib. Məlumata görə, müzakirələrdə NATO-nun bütün qurumları təmsil olunub.
tag: Azərbaycan,NATO,Nümayəndə,Danışıq,Todaypress.az,