Azərbaycan və Maldiv XİN rəhbərlərinin Antalyada görüşü oldu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumunda maldivli həmkarlı Abdulla Xəlillə görüşüb.
TodayPress xəbər verir ki, nazir Bayramov bu barədə "X" sosial media hesabında yazıb.
Görüşdə iqtisadiyyat, ticarət, energetika, humanitar sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəylik qeyd olunub.
tag: Azərbaycan,Maldiv,XİN,Görüş,Todaypress.az,