Azərbaycan və İsrailin enerji əməkdaşlığı müzəkirə edildi
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin energetika və infrastruktur naziri Eli Koen ilə görüşərək iki ölkə arasındakı iqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib.
TodayPress xəbər verir ki, nazir bu barədə öz "X" hesabında yazıb.
"İsrailə işgüzar səfərimiz çərçivəsində bu ölkənin energetika və infrastruktur naziri Eli Koen ilə görüşdük. İqtisadi əlaqələrin güclənməsinə töhfə verən təşəbbüs və layihələri, Azərbaycan və İsrailin dərinləşən enerji əməkdaşlığının gündəliyini müzakirə etdik" deyə o bildirib.
Töhfə Səməd
tag: Mikayıl Cabbarov,İqtisadiyyat,Nazir,İsrail,Səfər,Eli Kohen,Todaypress.az,