Azərbaycan və İranın beyin mərkəzləri arasında Memorandum imzalandı

Xarici siyasət

06.05.2025 10:15

18

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

TodayPress xəbər verir ki, Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.

Sənəd BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırm alar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.

Töhfə Səməd

tag: Səid Xətibzadə,Tədbir,İran,Azərbaycan,Todaypress.az,