Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti müzakirə edildi

Xarici siyasət

20.11.2024 17:50

Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.

Bu barədə TodayPress-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunun məmnunluqla vurğulandığı bildirilib:

"Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub".

tag: Baş nazir,Azərbaycan,İran,Görüş,Müzakirə,todaypress.az,