Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-York görüşü başladı
Xarici siyasət
26.09.2024 18:46
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.
TodayPress xəbər verir ki, bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.
tag: XİN,Ceyhun Bayramov,Danışıq,Ermənistan,Ararat Mirzoyan,Blinken,Nyu-York,ABŞ,todaypress.az,