Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək
Xarici siyasət
25.09.2024 15:05
Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, 26 sentyabr tarixində Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
tag: XİN ,Azərbaycan, Ermənistan ,Ceyhun Bayramov, Ararat Mirzoyan ,Nyu-York, Görüş ,todaypress.az,