Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşdılar
Xarici siyasət
10.07.2024 21:20
10 iyul 2024-cü il tarixində
ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan
arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda
görüş keçirilib.
TodayPress Xarici İşlər
Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh
və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin
yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu
istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
tag: XİN, Azərbaycan,Ermənistan, Sülh sazişi, todaypress.az,