Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəldi
Xarici siyasət
26.09.2024 22:14
Azərbaycan və Ermənistan mümkün qısa müddət
ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin
yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat
Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə
Nyu-Yorkda keçirilən görüşünə dair yayılan rəsmi məlumatda deyilir.
Bildirilir ki, Azərbaycan və Ermənistan tərəfləri görüşü
təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
tag: Azərbaycan, Ermənistan, Sülh,Nyu-York, Ceyhun Bayramov,