Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirildi

Xarici siyasət

18.03.2025 19:00

2585

Martın 18-də Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Klaudio Kaxado arasında onlayn görüş keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə Müşfiq Məmmədli və Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti, iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıblar.

tag: Azərbaycan,Braziliya,Deputatlar,Palata,todaypress.az,