Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edildi
Xarici siyasət
27.09.2024 21:36
Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT Baş katibinin
müavini və ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə
olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi
Rabab Fatiməilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə nazirliyin “X”
hesabında paylaşım edilib.
Tərəflər Azərbaycanın COP29-da sədrliyi çərçivəsində BMT
ilə əməkdaşlığını müzakirə edib.
Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə az inkişaf
etmiş ölkələrin, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin və
inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqtisadi, sosial, mədəni və
humanitar problemlərinin həllinin təşviqinə yönəlmiş təşəbbüsləri qeyd olunub.
tag: COP29, Azərbaycan, ABŞ, BMT, Ceyhun Bayramov, todaypress.az,