Azərbaycan və Belarus Baş nazirlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ

Xarici siyasət

05.05.2025 13:45

14

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb. 

Bu barədə TodayPress-ə Nazirlər Kabinetindən verilən məlumata görə, Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Aleksandr Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb. 

Hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

***

13:45

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir. 

TodayPress xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.

tag: Azərbaycan,Belarus,Baş Nazir,Görüş,Todaypress.az,