Azərbaycan və Andorra XİN rəhbərlərinin görüşü oldu
Xarici siyasət
05.12.2024 22:50
Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının
31-ci iclasında iştirakı çərçivəsində Andorra Knyazlığının xarici işlər naziri
İmma Tor Faus ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki,
görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf
perspektivləri, COP29 sədrliyimizdən irəli gələn məsələlər, habelə regional və
beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Nazir Ceyhun
Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiyanın nəticələri
barədə məlumat verib, xüsusilə iqlim maliyyəsi olmaqla vacib qərarların əldə
olunduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Andorranın sədrliyimiz tərəfindən
iqlim dəyişmələri ilə mübarizə sahəsində irəli sürdüyü 9 bəyanatdan 6-na
qoşulmasının məmnunluq doğurduğu vurğulanıb.
Qarşı tərəf, həmçinin regiondakı cari vəziyyət, işğaldan azad olunmuş
ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan
və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı
məluamtlandırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir
mübadiləsi aparılıb.
tag: Andora, Azərbaycan, Ermənistan,XİN, Ceyhun Bayramov, todaypress.az,