Azərbaycan və Almaniya qarşılıqlı sərmayələrlə bağlı müzakirə apardı

Xarici siyasət

04.04.2025 14:07

1693

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniyanın biznes nümayəndələri ilə görüşüb. 

TodayPress xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib: 

"Almaniyanın biznes nümayəndələri ilə görüşmək xoş oldu. Azərbaycanın səmərəli biznes mühiti və xarici investisiyalı müəssisələrin fəaliyyəti üçün mövcud imkanlar, enerji sahəsində planlaşdırılan layihələr, qarşılıqlı sərmayələrin təşviqi və potensial birgə layihələr barədə fikirlərimizi bölüşdük".

tag: İqtisadiyyat naziri,Mikayıl Cabbarov,Almaniya,Azərbaycan,Todaypress.az,