Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları üçtərəfli görüş keçirəcəklər

Xarici siyasət

16.01.2025 18:47

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.

TodayPress xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazir yaxın vaxtlarda Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Onun fikrincə, belə bir görüş üç ölkə arasındakı münasibətləri dərinləşdirməyə imkan verəcək.

tag: Azərbaycan ,Gürcüstan ,XİN, Görüş, todaypress.az,