Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə görüş olacaq
Xarici siyasət
18.01.2025 13:55
10 gün sonra Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə XİN başçılarının Türkiyədə görüşü olacaq.
TodayPress xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə tarixi Şuşa bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib:
“Bu münasibətləri daha da inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Biz sıx təmasdayıq. Nə qədər sıx görüşməyimizdən asılı olmayaraq yeni mövzular daim yaranır”.
(Report)
tag: Ceyhun Bayramov, Hakan Fidan, Xarici İşlər Nazirliyi,Xarici Siyasət, Siyasət, todaypress.az,