Azərbaycan səfirliyi Hindistana baş sağlığı verdi
Xarici siyasət
03.07.2024 03:00
Azərbaycanın Hindistandakı səfirliyi
Yeni Dehliyə başsağlığı verib.
TodayPress xəbər verir
ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
“Azərbaycanın Hindistandakı səfirliyi
Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər
hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə
dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını
arzulayırıq”, məlumatda bildirilib.
Xatırladaq ki, Hindistanın
Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin
sayı 116-ya çatıb. (report.az)
tag: Azərbaycan, Hindistan, Səfirlik, Yeni Dehli, todaypress.az,