Azərbaycan səfiri israilli deputatlarla görüşdü

Xarici siyasət

24.02.2025 17:00

1012

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ilə İsrail parlamentinin deputatları arasında keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

TodayPress xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz Knessetin üzvləri, “Abraham Accords” fraksiyasının həmsədrləri, deputatlar Maykl Biton və Dan İllouz ilə Azərbaycan və İsrail arasında artan əməkdaşlığı müzakirə etdik. Onlar bu tərəfdaşlığın strateji əhəmiyyətini vurğuladılar və onun gələcək inkişafı üçün dəstəklərini bildirdilər” M.Məmmədov yazıb.

tag: Azərbaycan,İsrail,Muxtar Məmmədov,Səfir ,Knesset,todaypress.az,