Azərbaycan Prezidenti Andjey Dudaya təbrik ünvanladı

Xarici siyasət

03.05.2025 11:34

24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Andjey Dudaya təbrik ünvanlayıb. 

TodayPress xəbər verir ki, təbrik məktubunda deyilir: 

Hörmətli cənab Prezident,  Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. 

İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir. 

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

tag: Prezident,İlham Əliyev,Andjey Duda,Təbrik,Todaypress.az,