Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
14.11.2024 14:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
TodayPress xəbər verir ki, Qordana
Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin
açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu
dedi. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti
ilə tanış olmaqdan məmnunluğunu bildirdi. O, Azərbaycanla əməkdaşlıq üçün geniş
imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev Qordana
Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə,
iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə
ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana
qarşı ədalətsiz təbliğatın aparıldığını vurğuladı.
Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan
Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına
önəm verdiyini qeyd etdi.
Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil,
mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi
aparıldı.
Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin
başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin
başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı
qarşılıqlı minnətdarlıq ifadə olundu.
***
11.38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana
Silyanovska-Davkova ilə görüşüb.
tag: Azərbaycan, Prezident, İlham Əliyev,Qordana Silyanovska-Davkova, todaypress.az,