Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışladı

Xarici siyasət

27.11.2024 15:01

Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.

TodayPress  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" platformasında məlumat paylaşıb.  

"Biz münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Azərbaycan 132 ölkə tərəfindən dəstəklənən "COP29 naminə Birgə Atəşkəs Çağırışı"nın təşəbbüskarı kimi bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və problemləri aradan qaldırmağa çağırır" məlumatda qeyd olunub.

tag: Azərbaycan, Xarici İşlər Naziri, İsrail, Livan,Atəşkəs, todaypress.az,