Azərbaycan ilə Türkiyə kosmos və aviasiya sektorlarında ortaq layihələrə başlayır

Xarici siyasət

20.03.2025 14:48

2718

Azərbaycanla Türkiyə kosmos və aviasiya sektorlarında ortaq işlərini artırmağa yönəlik layihələrini tətbiq etməyə başlayır.

TodayPress xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Azərbaycan Kosmik Agentliyi (Azercosmos) ilə Gökmən Kosmos Aviasiya Təhsil Mərkəzi (GUHEM) arasında imzalanan "Startech" əməkdaşlıq haqqında sazişə uyğun olaraq Azərbaycanın altı universitetindən olan gənclərdən ibarət 26 nəfərlik heyət Bursa, Ankara və İstanbulda müdafiə və texnologiya sahəsində aparıcı şirkətləri ziyarət edib.

Azercosmos Kosmik Akademiya rəhbəri İmran Muxtarov Azərbaycan və Türkiyənin bu sahədə əməkdaşlığının vacib olduğunu deyib:

"Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq çox önəmlidir. Tələbələr, universitetlər, şirkətlər bir-birini tanıma imkanı tapır, milli kosmik ekosistemin qurulması üçün bilik və təcrübə əldə edirlər".

tag: Azərbaycan,Türkiyə,Kosmos,Aviasiya,Todaypress.az,