Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu
Xarici siyasət
05.09.2024 20:54
Sentyabrın 5-də Romada
Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər
Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
TodayPress xəbər verir ki,
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A”
şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu”nu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın “Eni S.P.A”
şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
“Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A”
şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim
sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni
S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
“Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A”
şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində
Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən
Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio
Deskalzi mübadilə etdilər.
tag: İlham Əliyev, Roma,Azərbaycan, İtaliya,Ciorcia Meloni,